Formalaşması və təkamülü

Günəş sisteminin ilk dəfə İmmanuel Svidenbor tərəfindən 1734-cü ildə ortaya atılan və daha sonra İmmanuel Kant tərəfindən 1755-ci ildə təkmilləşdirilən Nebulyar hipotezə uyğun olaraq formalaşdığı düşünülür. Oxşar fərziyyə Pyer Simon Laplas tərəfindən sərbəst şəkildə 1796-cı ildə ortaya atılmışdır.Bu fərziyyəyə görə Günəş sistemi 4,6 milyard il bundan əvvəl Molekulyar buludun çökməsi nəticəsində meydana gəlmişdir. Bu ilk buludun bir neçə işıq ili böyüklüyündə olduğu və bir neçə ulduzun formalaşmasına səbəb olduğu düşünülməkdədir.Qədim kometaların tədqiq olunması nəticəsində onların tərkibində ancaq partlayan çox böyük ulduzların mərkəzində formalaşa biləcək kimyəvi elementlərə rast gəlinmişdir. Bu səbəbdən də Günəşin bir ulduz qrupu içində ya da bir neçə ifrat yeni ulduzun partlamasının yaxınlarında olduğu düşünülür. Bu ifrat yeni ulduzların partlaması nəticəsində yaranan şok dalğaları molekulyar buludun içində yüksək sıxlığa sahib olan bölgələrin yaranmasına imkan yaratmış və buludun çökməsinə səbəb olacaq cazibə qüvvəsinin formalaşmasına şərait yaradaraq Günəşin yaranması prosesini başlatmış olduğu düşünülür. Sonradan Günəş sistemi olacaq bölgədə olan Günəşdən əvvəlki buludlu yer7000-20000 AV ölçüsünəvə Günəşin kütləsindən bir az daha çox kütləyə sahibdi. Molekulyar bulud içə doğru çökdükcə impuls momentinin qorunması səbəbi ilə daha da sürətlə dönməyə başladı. Buludun içindəki maddələrin sıxlığı artdıqca içindəki atomlar artan tezliklərlə toqquşmağa başladı. Demək olar ki, buludun kütləsinin böyük bir hissəsinin toplandığı mərkəzin istiliyi ətrafındakı disklə müqayisədə getdikcə daha da artdı.Cazibə qüvvəsi, qaz təzyiqi, maqnit sahələri və dönmə kiçilən buluda təsir göstərərək təqribən 200 AV ölçüsündə öz ətrafında dönən planetlərdən əvvəlki bir diskin yaranmasına səbəb oldu.Bu diskin mərkəzində isti və sıxlığı yüksək bir ilkin ulduz forlamaşdı.Günəşin təkamülünün bu dövrünə oxşayan gənc və birləşmədən əvvəlki Günəş kütləsinə sahib olan T Tauri ulduzları ilə bağlı aparılan tədqiqatlar əsasən planetlərin formalaşmasından əvvəlki disklərin bu cür ulduzlarla birlikdə olduğunu göstərir.Bu disklər bir neçə yüz AV genişliyə və ən isti olduqları bölgədə ancaq 726.9 °C istiliyə çatırlar.

Günəşin formalaşdığı ilkin buluda oxşayan NGC 1976-nın Habbl teleskopu tərəfindən çəkilmiş təsviri

Günəşin təkamül mərhələlərini göstərən təmsili təsvir. Soldan sağa: İndiki vəziyyəti, Qırmızı nəhəng, Ağ cırtdan.